Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm
Görünüş
Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm Müəllif: Məhəmməd Füzuli |
Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm,
Etibarım yox, ayaq toprağı bir üftadəyəm.
Hiç rəng ilə mənə abadlıq mümkün deyil,
Mən xərabi-badeyi-safü üzari-sadəyəm.
Deməzəm dəyməz mənə qəmzən xəyalı, ya dəyər,
Dəymə qeydi çəkməzəm, aləmdə bir azadəyəm.
Abi-çeşmim cizginir kuyində, əmma qədri yox,
Deməsin bu dövrdə kimsə ki, mərdümzadəyəm.
Zahida, məndən nə hasil kim, oxursan məscidə,
Məndə taət yox, haman alayişi-səccadəyəm.
Çərx dövründən nə hasil kim, verir təğyiri-zövq,
Durmadan zövq artırır miskini-dövri-badəyəm.
Zövq istərsən, Füzuli, tərki-dünya qıl ki, mən
Bulmadım bir zövq bundan qeyr ta dünyadəyəm.