Məzmuna keç

Dədə Yediyarla II deyişmə

Vikimənbə saytından
Dədə Yediyarla II deyişmə
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

II deyişmә
D ә d ә Y e d i y a r
Sәndәn xәbәr alım, Aşıq Qurbani,
O nәdir ki, göydәn haça gәlibdi?
Neçә min peyğәmbәr gәlib dünyaya?
Әfzәli, mürsәli necә gәlibdi?

Q u r b a n i
Al cavabın deyim, Dәdә Yediyar!
O – qәlәmdir, göydәn haça gәlibdir.
Yüz iyirmi dörd min peyğәmbәr gәldi,
On iki imamdır, vecә gәlibdi.

D ә d ә Y e d i y a r
O kim idi, onu vursun yol bürkü?
Kim idi, qәhrindәn atdırdı lökü?
Behiştdәki tubb ağacının kökü,
Neçә min, neçә min haça gәlibdi?

Q u r b a n i
Yoldan çıxanları vursun yol bürkü,
Peyğәmbәr qәhrindәn atdırdı lokü.
Behiştdәki tubb ağacının kökü,
Sәksәn min, sәksәn min haça gәlibdi.

D ә d ә Y e d i y a r
O nәdir ki, olmaz onun çarası?
O nәdir ki, heç tutulmaz yarası?
İsmayıla gәlәn qoçun anası
Hansı ayda, gündә qoça gәlibdi?
 
Q u r b a n i
O – ölümdü, olmaz onun çarası,
O – pis sözdü, heç tutulmaz yarası.
İsmayıla gәlәn qoçun anası
Çәrşәnbә günündә qoça gәlibdi.