Məzmuna keç

Dədə Yediyarla I deyişmə

Vikimənbə saytından
Dədə Yediyarla I deyişmə
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

I deyişmә
D ә d ә Y e d i y a r
Mәndәn salam olsun cavan aşığa,
Әzәl-әzәl hansı şәhәr salındı?
De kimә can gәldi, qәlәm çalındı,
Neçә min il dünya lәmyesir qaldı?

Q u r b a n i
Al cavabın verim, Dәdә Yediyar!
Әzәl-әzәl Kufә şәhri salındı.
Adәmә can gәldi, qәlәm çalındı,
Yetmiş min il dünya lәmyesir qaldı.

D ә d ә Y e d i y a r
Nәdәn hasil olub Düldülün sәngi?
Nәyә bәnzәr idi onun irәngi?
Cәnabi әmirin әzәlki cәngi,
Әzәl zülfüqarın o kimә çaldı?

Q u r b a n i
Daşdan hasil olub Düldülün sәngi,
Göy mahuda bәnzәr onun irәngi.
Cәnabi әmirin әzәlki cәngi –
Әzәl zülfüqarın Әntәrә çaldı.

D ә d ә Y e d i y a r
Nәdәn hasil oldu İsrafil suru?
Kim camal göstәrdi, yandırdı Turu?
Hansı peyğәmbәrdi alnında nuru,
Onu kim görcәyin müsәlman oldu?

Q u r b a n i
Nurdan hasil oldu İsrafil suru,
Haq camal göstәrdi, yandırdı Turu.
Mәhәmmәd peyğәmbәr – alnında nuru,
Xәdicә görcәyin müsәlman oldu.

D ә d ә Y e d i y a r
O kim idi, durdu kimin qәsdindә?
O kim idi, badә tutdu dәstindә?
O kim idi, bir kәlmәnin üstündә
Kimin bığlarını harada yoldu?

Q u r b a n i
Әzrayıldı, şirin canın qәsdindә,
Mәlәklәrdi, badә tutdu dәstindә.
Cәnab әmir bir kәlmәnin üstündә
Müaviyәnin bığın Dimәşqdә yoldu.