Məzmuna keç

Dədəm, xoş gəldin, xoş gəldin

Vikimənbə saytından
Dədəm, xoş gəldin, xoş gəldin
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qaibden dəlil göründün,
Dədəm, xoş geldin, xoş gəldin!
Bizi sevib sevindirdin,
Dədem, xoşgəldin, xoş geldin!

Iki can idik birləşdik,
Məhəbbət qapısın aşdıq,
Şükür didara irişdik,
Dedəm, xoş geldin, xoş geldin!

Üstümüzə yol uğratdm,
Gövhər aldın, gövher satdın,
Ərliyini isbat etdin,
Dədəm, xoş geldin, xoş gəldin!

Bir ağacda güllər bitər,
Dalında bülbüller öter,
Şahıma bərgüzar gedər,
Dədəm, xoş geldin, xoş gəldin!

Boylə, Şah Xətaim, boylo,
Pirim dəstur versin söylə,
Şaha məndən niyaz eyle,
Dədəm, xoş gəldin, xoş gəldin!