Dəhr dərmandələrdən müşkili asan eylər

Vikimənbə saytından
Jump to navigation Jump to search
Dəhr dərmandələrdən müşkili asan eylər
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.40-43.

Dəhr dərmandələrdən müşkili asan eylər,
Hicr ilə dərd birdir, vəslilə dərman eylər.
Gəh xəzan birlə çəmən nəqdini eylər qarət,
Gah gülbərgilə bustanı zərəfşan eylər.
Gah verür gərdiş ilə nərgisə dövri-qədəhi,
Gəh nəsimi-səhəri saqiyi-dövran eylər.
Bağ ara səbzə büsatı salıb cay be cay,
Qönçə ətfalinə tərbiyəti-dəbistan eylər.
Rəhl şah üzrə açar qönçeyi-gül dəftəri,
Bülbüli-nadirə göftari səbəqxan eylər.
Bağ tərəfində çəkər abi-rəvan cədvəl salıb,
Gör nə zinət ilə zibi-xəti reyhan eylər.
Bülbüli məzhəkədür kim, şəcər zi şax be şax,
Bu rəviş birlə görün gülləri xəndan eylər.
Yandırar lalə çırağını məgər gülşən ara,
Bağ həmdəmlərinə şəm'i-şəbistan eylər.
Bağban gülşən ara suyə veribdür rüxsət
Kim, gəzər suy besuy, gəşti-gülüstan eylər.
Çənd, ey fələk birgə feyzi-əsərin,
İstəsə bağü taşı ləli-dirəxşan eylər.
Bəhr ara əbr tökər gər qətreyi-dust kərəmin,
Sədəf ağzunda onu lölöyi-qəltan eylər.
Hikmətin tərbiyət etmək dilər bağü amin,
Heç şək yox ki, Ərəstu ilə Loğman eylər.
Bəlkə «Qanun», «Şəfa» birlə əgər rağib olub,
Qılsa təşxis, ölüm dərdinə dərman eylər.
Su verur təşnələb vadiyi-cəhan bəni,
Bəs neçün süxteyi-atəşi-cəhan eylər.
Gah edür möhnətü ənduhilə var səbri yox,
Gah az dərdimi cövrilə firavan eylər.
Dəhr ara gülşəni ümmid olun şaxləri,
Sındırır sərsəri əyyamü pərişan eylər.
Qorxuram kim, verə tufanə həyatım rəxtin,
Böylə kim, cövrimin didəmi giryan eylər.
Qorxuram cism ola badi-fəna həmsəfəri,
Böylə kim, ahi-dəmadəm yeli tüğyan eylər.
Kaş ki, tən qəfəsindin çıxa mürgi-nəfəsim,
Çün yerim cüğdsifət guşeyi-viran eylər.
Ey fələk, eyləmə çox cövr könül kişvərinə,
Həzər et böylə ki, dil naləvü əfğan eylər.
Mənşur naləsi ol bəhri-səxa səm'inə kim,
Rəyi-rövşən bilə hər müşkülün asan eylər.
Ol kərəmdir səxapişə ki, çün dəstü dili,
Xazəni-məxzəni-ənamına fərman eylər.
Bavücudi-kərəmi-bəhr ilə kan ol ikisin,
Bir kimin bəxşişi şərməndeyi-ehsan eylər.
Bir nomin əşcarın yürüdür sənə layiq,
Pərtövün təngi-kərəm, cigərin qan eylər.
Ol ki, gər tutsa bizə tərbiyəti-muri-zəif,
Əsəri-tərbiyəti muri Süleyman eylər.
Şahi-dərya dili-cəmca ki, çeşmi-bəd üçün,
Yoluna çərx həməl qoçini fərman eylər.
Təb'i-fazilə kim, söz suyinə verdi həyat,
İstəsə çeşmeyi-heyvanı süxəndan eylər.
Nəzəri cismə iksiri-bəqadır, nə əcəb,
Qara torpağı əgər çeşmeyi-heyvan eylər.
Gətür dirə hərimi-hərəmini şəm'i üçün,
Demə kim, şami-fələk şəm'ini pünhan eylər.
Div əgər busə edər rayiz əmrini qəbul,
Oturub məsnədi-izzətdə çü divan eylər.
Baxsa kəc həzmi-həsədpişə, əgər bəzmi barsa,
Həm onu edər baxışı kurü peşiman eylər.
Əzmi-meydan qılubən çıxsa səmənd üzrə fələk,
Bəbəyi ilə kuyi guy ilə çovgan eylər.
Ey sərəfrazi-fələk, rayinə qonmuş gərdun,
Eyləməz kim ki itaət, sana üsyan eylər.
Əridür xəsm cəfapişə yar qəzəbin
Kim, dürüşt olana aqça vəqtini suhan eylər.
Sərvəra, Sadiqi dəsti-cəfadən kərəmin,
Bir yari-lətif ilə tutarsa, nə nöqsan eylər.
Bəxşişün lütfilə qaldırmasa toprağdan onu,
Zə'f tale qara torpağ ilə yeksan eylər.
Tusəni-dövlət gər cilvəgər olsun, ya Rəb,
Ta səməndi-fələkün dəhrdə cövlan eylər