Dərdü möhnətin, ey sənəm, sənəm
Dərdü möhnətin, ey sənəm, sənəm Müəllif: Mirhəmzə Seyyid Nigari |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Dərdü möhnətin, ey sənəm, sənəm,
Eşq ilə çəkən, bir mənəm, mənəm.
Arü-varini rahi-mehrdə,
Tarümar edən bir mənəm, mənəm.
Çəkmişəm cəfa, eylə bir vəfa,
Sən də ələta can sənə fəda,
Rahi-mehrdə zari-binəva
Tarükül vətən bir mənəm, mənəm.
Yari nazənin, hüsnü-biqərin,
Şahrahdə intizarkeş,
Qəm çəkib həmin eyləyən bina
Xaneyi-həzin bir mənəm, mənəm.
Eyləgil xitab, verməgil əzab,
Üzdən al niqab, eyləgil səvab,
Texmi-mehrini rəşki - afıtab
Sinəyə əkən bir mənəm, mənəm.
Cismi - pürhəva, könlü püməva,
Badeyinişin, fərdi-biqeva,
Kəndi-kendinə köftgu edib
Ağlayan, gülən, bir mənəm, mənəm.
Dəstü pafişan, cəngü tarsız,
Ahü naləzən, gülüzansız,
Məsti-sərmədi, nəngü arsız,
Rindeyi-köhən bir mənəm, mənəm.
Eylədim dilə, eylə bir səda,
Qopdu Bisütun, oldu kim həma,
Dedi, rəhnüma, afərin mana,
Boylə kuhkən, bir mənəm, mənəm.
Ərşə vəlvələ, fərşə zəlzələ,
Saldı seyheyi-nayi-şöhrətim,
Babi - eşqdə indi sübhü şam,
Kusü təblzən bir mənəm, mənəm.
Eylədim nida, vermədi səda,
Kimsə gəlmədi, qaçdı Əhriman,
Kar-zarda şirü divgir,
Mərdi - filfikən bir mənəm, mənəm.
Ey sitəmzədə, nəfsə mübtəla,
Gəl əmanıma eylə iltica,
Dari-əmandır ziri-damənim,
Dafeül fitən bir mənəm, mənəm.
Ləfzi-canfəza, təbi - xoşəda,
Nəzmi - dilrüba, hərfi-dümüma,
Sözü kimiya, simu-zər, gövhər
Dəmbədəm tökən bir mənəm, mənəm.
Qövlibibədəl, ləhcəsi gözəl,
Rindeyi-əzəl, nazənin qəzəl,
Söyləməz həzəl, xub göftgu
Söhbəti Həsən bir mənəm, mənəm.
Ləmeyi hüzur, eylədi zühur,
Ey Nigari, yar aldı üqdəni,
İndi xoşzəbən Turi-mehrdə
Kelimi süxən bir mənəm, mənəm.