Məzmuna keç

Dərdimə dərmandır Yarın bircə xoş baxışı

Vikimənbə saytından
Dərdimə dərmandır Yarın bircə xoş baxışı (1996)
Müəllif: RAUF CAVAD

Gözüm qalıb yollarda Qəmli, gözlər Heyranı,
Fikir dolaşır cahanı, axtarır Ceyranı.

Xəbərsiz qalıb ümidlər, solur hər gün bir-bir,
İçsədə güllər su, sevgisiz qəribdir canı.

Dərdimə dərmandır Yarın bircə xoş baxışı!
Qəlbimə məlhəmdir nazı, gözəl sevgi anı!
 
Bir kərə nəzər etsə, gəzib dolaşar ağlım,
Yar yoluna ölərəm, canım olsun qurbanı.

Hər qapı açılanda həsrətlə bir baxıram,
Gələcək Hicranım, bitəcək Həsrət Zamanı.

Qapıdan girmir Ümid, pəncərədən baxıram,
Qəmgin olub sınıxıram, görmürəm Hicranı.

Yar, qəm yeyib ürəyi, gözləməkdən Nigari,
Boynubükük qalıb sözlər, özlərəm Cananı.

Gözlər solub, dil, hey yorulub Dilbər deməkdən,
Qəlb sıxılıb vücudda, sizlar Rauf Gümanı!