Məzmuna keç

Dərdlü, ne ağlayub gəzərsin burda

Vikimənbə saytından
Dərdlü, ne ağlayub gəzərsin burda
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Dərdlü, ne ağlayub gəzərsin burda,
Ağladursa Mövlam yenə güldürür.
Necə dərdlü qondı köçdi burada,
Ağladursa Mövlam yenə güldürür.
 
Bu dərd bənüm munisümdür, yanmdur.
Ərşə çıqaıı bənüm ahu-zarumdur,
Seni ağladan lütf issi kerimdür,
Ağladursa Mövlam yene güldürür.

Daim Həqqə cəmalum dikə dur,
Zikr ilə Mövlayı dildən ana dur,
Qəhri kimə İsə lütfi anadur,
Ağladursa Mövlam yenə güldürür.

Sevdaya salma şu gərib başunı,
Aqıdur gözündən qanlu yaşunı,
Kərimdir, onarur qulun işini,
Ağladursa Mövlam yenə güldürür.

Yunus, senin gözlərində çoq hal var,
Önündə uğrayub keçəcək yol var,
Gecə-gündüz dur da Mövlaya yalvar,
Ağladursa Mövlam yenə güldürür.