Dəyməz, ay üzlü diləbrim

Vikimənbə saytından
Dəyməz, ay üzlü diləbrim
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 28-29

Dəyməz, ay üzlü diləbrim,
Gərdi-rəhin bəhasına.
Dürrün əcib səfalısı,
Gövhərin ən cilalısı.

Mah desəm, ucuz çıxar,
Şah desəm, ucuz çıxar.
Vəsfi-Əlidə söz deyil,
Sözlərin ən bahalısı.

Ey şəhi-mülki-lafəta,
Varlığı sirri-Həl-Əta,
Şahların ən şərəflisi,
Mərdlərin ən şücalısı.

Sübhimi şamə döndərib,
Şamımı sübhə döndərib.
Şəms kimi ziyalısı,
Mah kimi liqalısı.

Ey könül, istəsən günün,
Xoş keçə zövqi-vəsl ilə,
Ol səri-kuyi-Yaridə,
İtlərin ən vəfalısı.

Xaliqi feyziyab edər,
"Ya Əli, Ya Əli" səsi,
Zikri-cənabi-Cəbrəil,
Zikrilərin səfalısı.

Eşqi-Əlidə ol fəna,
Hubbi-Əlidən al səfa,
Olma hər eşqə mübtəla,
Hər gözəlin həvalısı.

Xatəmi el misal çəkər,
Əhli-səxavətin gözü,
Açsa kərəm xəzinəsin,
Yox Əlidən səxalısı.

Aləmi-eşqə cürbəcür,
Aşiqi-canfəda gəlib,
Dəşti-bəlada yox, Vüqar,
Sən kimi baş bəlalısı.