Dağ-dağa
Görünüş
Dağ-dağa Müəllif: Aşıq Fətulla |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Dolandım dünyam, gəzdim hər yanı,
Görürsənmi söykənibdi dağ-dağa.
Mən aşiqəm dağ-dağa,
Söykənibdi dağ-dağa,
Fələk vurub sinəmə
Çalm-çarpaz dağ-dağa.
Binadankı əsli gözlü olmaya,
Başa gəlməz söyktiyəsən dağ-dağa.
Mən tərpəndim hafıs oldum bəladan
İrəbbim-İrəsmim qövrü bəladan
Mən aşığam bəladan,
Oxu dərsin bəladan,
O qədər ki, narındı
Deyən içib bəladan.
Hər gül gözəl olmaz çıxsa taladan
Çalm-çarpaz olar baxsan dağ-dağa.
Fətulla da dərsin alıb Əbğətdən,
Oxuyubdu lam içində Əbğətdən,
Mən aşiqəm Əbğətdən,
Oxu dərsin Əbğətdən,
Eşq oduna yanan gül
Gərək keçsin Əbğətdən.
Aşıqlıq işində sözdən, sənətdən,
Köksündə dağ ola dura dağ-dağa.