Dağların (qoşma, Aşıq Heydər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dağların (qoşma, Aşıq Heydər) Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Çəkilmir başından duman - çiskini,
Nə betər dəyişib halı dağların.
Qar gəlib yolları - izləri tutub,
Ağarıb yamacı - yalı dağların.
Sökülüb binəsi, köç edib ellər,
Başlayıb əsməyə boranlar, yellər.
Çağlamır bulaqlar, kükrəmir sellər,
Çəkilib heyvanı, malı dağların.
Heydər qan ağlayır, yurddan gen düşüb,
Qəzanın qədəri - “Xoya” yön düşüb.
Dərdə ac - yalavac, ləlöyün düşüb,
De hanı motalı, balı dağların!?