Məzmuna keç

Dağlar (Şair Nəbi Borçalı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
%50 tamamlandı
Dağlar
Müəllif: Şair Nəbi Borçalı

Getdim gördüm bir səfalı yurd olub,
Əməli, ağibəti düz olan dağlar.
Hər şeyə bərabər gülab suları,
Qaynar bulaqları göz olan dağlar.

Sanasan baxcada sayrışır güllər,
Bir ayna qabaqlı səbbikar söylər.
Tələsmə nazənin, tez olar ruzgar,
Gün çıxar bulutdan, yaz olan dağlar.

Yaxşı bildim novrağını, işini,
Vaxt olanda yurtdan-yurda daşını.
Duman-çiskin bürüyübdür başını,
Açılmaz qabağı, naz olan dağlar.

Mən Nəbiyəm bu dağları yaylaram,
Səyyad olsam binə qurub oylaram.
Bu cəh-cəlalını tərif eylərəm,
Düşərsən dillərə söz olan dağlar.