Dağlar (Ağdabanlı Qurban)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dağlar Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11) (az). "Ozan dünyası" jurnalı (2012). Orijinal mənbədən 2017-05-18 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-05-18. |
Qışda, yazda, yayda sənin
Əskik olmaz qarın, dağlar.
Al yaşıla bəzənirsən,
Gələndə baharın, dağlar.
Desəm dərdim, kim inansın,
Məni sənə Məcnun sansın.
Baisləri oda yansın,
Deyim: sən huşyar ol, dağlar.
Viran könlüm olur abad,
Yazıq canım qəmdən azad.
Səlvi ilə Qurbanı şad
Eylə, murğuzar ol, dağlar.