Dağlar (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dağlar Müəllif: Aşıq Alı |
Keçdim İstanbuldan, İzmirdən, Qarsdan,
Gəlmişəm dolana-dolana dağlar,
Duman çən libasın qaldır səmaya,
Aman ver müsafir dolana dağlar.
Meylim olmaz el malında, qoynunda
Yaz iqbahın, bir təşdid də qoynunda,
Yar firqəti qoymaz qalam qoynunda,
Hicrandan kədərlən, dol ana dağlar.
Aşiqin Alıyam boylu, busatdı,
Bir dürriydim, həcər deyə bu satdı,
Üç ay dolanarsan toylu, büsatdı,
Xəzanda boş, yazda dolan, a dağlar.