Dağlar bizim dağlarmola

Vikimənbə saytından
Dağlar bizim dağlarmola
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.217 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Yönü bәri baxan dağlar,
Dağlar bizim dağlarmola?!
Sәrin sulu, car bulaqlı,
Dağlar bizim dağlarmola?!

Açılıb qönçə, nәrgizlәr,
Karvan azsa, yolu izlәr,
Gözәllәrin yolun gözlәr,
Dağlar bizim dağlarmola?!

Mәn deyirәm bu sözlәri,
Sinәmdә eşqin közlәri,
Çox gәzmişәm o düzlәri,
Dağlar bizim dağlarmola?!

Baxırsan yarı görәndә,
Gözәllәr zülfün hörәndә,
Hicran coşub dәrd verәndә,
Dağlar bizim dağlarmola?!

Bu görükәn Vers dağına,
Dikpillәkәn tәrs dağına,
Oxşayır cәnnәt bağına,
Dağlar bizim dağlarmola?!

Sarıyalın beli düzdü,
Bulaqları tamam buzdu,
Gözәllәrdәn әlim üzdü,
Dağlar bizim dağlarmola?!

Yolaşan, Böyük yoxuşdu,
Qoşqar dağda hәlә qışdı,
Alı deyәr, vaxdı keşdi,
Dağlar bizim dağlarmola?!