Dağlara

Vikimənbə saytından
Dağlara
Müəllif: Ərzurumlu Əmrah
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Tutam yar əlindən, tutam,
Çıxam dağlara, dağlara.
Olam bir yaralı bülbül,
Enəm bağlara, bağlara.

Biri bilir, mini bilməz,
Bu dünya kimsəyə qalmaz.
Yar ismini desəm olmaz,
Düşər dillərə, dillərə.

Əmrah aydır: bu günümdü,
Ərşə çıxan tütünümdü,
Yarə gedəcək günümdü,
Düşəm yollara, yollara.