Dağlara-dağlara (Ağ Aşıq Allahverdi)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dağlara-dağlara (Ağ Aşıq Allahverdi) Müəllif: Ağ Aşıq Allahverdi |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Məcnun deyə Leyli ünü,
Düşdü dağlara-dağlara.
Kərəmi də keşiş dini,
Saldı dağlara-dağlara.
Dağlar başı tamam qardı,
O ki elə bir vüqardı,
Niyə Günahkar dağlardı-
Derlər: dağlara-dağlara...
Murğuz, Murov, Kəpəz xandı,
Alvız, Ağrı bir sultandı,
Ağ Aşıq hələ cavandı,
Alqış dağlara-dağlara.