Məzmuna keç

Daş dəysə də yüngül başa, ağrıdan anlamadı

Vikimənbə saytından
Daş dəysə də yüngül başa, ağrıdan anlamadı (1994)
Müəllif: RAUF CAVAD

Bir dəli daş atdı dərəyə, cahan anlamadı,
Min ağıllı baxdı dərəyə, nadan anlamadı.

Səssizlik aldı qap-qara qaranlıq bir aləmi,
Qarışdı aləm bir-birinə, il-an anlamadı.

Qopdu göy, guruldadı ildırım dəydi boş başa,
Daş dəysə də yüngül başa, ağrıdan anlamadı!

Zahir oldu təbib xəstəyə bir çarə bulmaya,
Çarəsiz qaldı dərdli yarə, dərman anlamadı.

Cəm oldu cümlə bilənlər, toplandı bütün illər,
Bölündü aylar, vuruldu günlər, an anlamadı.

Çıxsa da günəş, nurlansa da büs-bütün yer-aləm,
Görsənmədi kora işıq, nur-taban anlamadı.

Zülmətə alışıb, kor əsaya bərk-bərk yapışıb,
Söz eşitməz, səs duymaz, kar, heç haqdan anlamadı.

Tapdandı kimsəsiz vicdan, coxaldı pis cəhalət,
Tamah baş yardı, zay-insafsız, vicdan anlamadı.

Saysız hesabsız yetim-fəqirlər, qalıb Sahibsiz,
Körpələr Anasız mələşir, şalban anlamadı.

Rauf gizli ümid qıldı yarın naz-sevgisinə,
Yer yarıldı, göy guruldadı, şeytan anlamadı!