Daşa dönən qız
Görünüş
Rəvayətlər. Daşa dönən qız Müəllif: Şifahi xalq ədəbiyyatı |
Belə rəvayət edirlər ki, bir kənddə gözəl-göyçək bir qız varmış. O, kasıb bir kəndlinin qızıymış. Həmin kasıb kişi də qızını böyüdür, özünə bab bir kişinin oğluna nişanlayır. Özü də gözləyir ki, payız gəlsin, azdan-çoxdan yır-yığış eləyib qızını köçürsün.
Amma bu kəndin bir zalım katdası varmış. Katda biləndə ki, belə gözəl-göyçək qız kasıbın birinə gedir, heç özünə sığışdırmır. Götür-qoy eləyir ki, gərək belə bir qızı katda ala.
Günlərin bir günü qız bulaqdan su gətirəndə katda onu qaçırmaq istəyir. Qız onun əlindən çıxıb dağlara üz tutur. Ona görə Allaha yalvarıb deyir: “Bu zalım ağaya arvad olmaqdan, ölüm yaxşıdı”. Əfsanəyə görə, Allah qızın yalvarışını eşidib onu daşa döndərir.