Məzmuna keç

Daşlar doğan və daşlara sitayiş edən qadın

Vikimənbə saytından
Dağlar doğan və daşlara sitayiş edən qadın
Müəllif: Şifahi xalq ədəbiyyatı


Mino torpağının Katakata mahalındakı Kusumi kəndində Aqata nəslindən olan bir qız yaşayırdı. Qızın iyirmi yaşı tamam olmuşdu, amma tək-tənha yaşayırdı və qızlığını itirməmişdi. İş elə gətirdi ki, qız öz-özünə hamilə qaldı. Üç il keçdi və hökmdar Kammunun hakimiyyəti zamanı, Əbədi Salamatlıq erasının birinci ilinin yayında, donuz ilinin ikinci ayının sonunda qız iki daş doğdu. Daşlar beş sunluq idi. Biri ağ-mavi, digəri mavi rəngə çalırdı. Onlar ilbəil böyüyürdülər.

Katakatanın qonşuluğundakı Atsumi mahalında Ulu tanrı İnaba yaşayırdı. O, gələcəkdən xəbər verən kahin arvad ruhuna girdi və dedi: “Bu iki daş – mənim övladlarımdı”. Buna görə də arvad daşların ətrafına müqəddəs çəpər çəkdi və onlara sitayiş eləməyə başladı.

Qədimlərdən indiyə kimi belə möcüzələr eşidilməyib. Bu möcüzə müqəddəs sülalənin hökmdarlıq elədiyi ölkədə baş vermişdi