Məzmuna keç

Dadıma mənim

Vikimənbə saytından
Dadıma mənim
Müəllif: Xəstə Hasan
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.446; ISBN 978-9952-571-42-4

Çox şükürlər olsun şahlar şahma,
Yetişdi bu halda dadıma mənim.
Göndərdi, üstümə gəldi ərənlər,
Bir sevgi saldılar yadıma mənim.

Torpaq verdi mənə, bir gözəl yeyim,
Yoxdu simli sazım, mən sizə deyim,
Əynimə geydirdi qəm paltar — geyim,
‘‘Xəstən’’i artırdı adıma mənim.

Pirlər məndən qat-qat dəri soydular,
Söylətdilər, söhbətimdən doydular,
Mənim adım Xəstə Hasan qoydular,
Dedim, Haqq yetişsin dadıma mənim.