Məzmuna keç

Dahilik nədədir bilmək istərsə kim insan

Vikimənbə saytından
Dahilik nədədir bilmək istərsə kim insan! (1995)
Müəllif: RAUF CAVAD

Dahilik nədədir bilmək istərsə kim insan!
Gərək ola yaralı qəlblərə dəva-dərman!

Axtara kimsəsizi, yoxsul, miskin, fəqiri,
Oyada yatmışları ki, görə hər kəs sirri!
Var ikən can yaşayır bir çoxu ölü-diri,
Düşünməzlər, görməzlər yaxşılığı, xeyiri.
Yer üzündə bəs kim yaradar səliqə-səhman!?

Ölülər məskənidir sanki bu qərib dünya!
Dinib-danışmır bir kimsə dərdini insana!
Susub hər kəs lal oturub, yalvarır Allaha!
Yox bir ağıllı çıxa qabağa, inqilaba!?
Kim edə zülm-zillətə üsyan, qopara tufan!?

Harda baş verir ilk üsyan, yetişir inqilab!?
Niyə baş vermir həngamə, ilişir inqilab?!
Yazılıb vicdan haqqında min nə qədər kitab,
Oxuyan düşünə ki, kimə verilib xitab!
Düşünən ağıldır yoxsa susub ölmüş vicdan?!

Yox qalmamış əfsuslar heç bir kimsədə insaf!?
Yoxsa yanlış, atılmış çöllərə inkişaf?!
Bəlkə susub oturmuş qanmaz əlindən sərraf!?
Yəqin gözləyir durula sular ola şəffaf?!
Ola bilməz, bu minvalla ola yaxşı dövran!?

Yorub kasıbı, yoxsulu, bu cür saf suallar,
Artıq dünyanı zalımlar yeyib-talayıblar!
Ərşə çəkilib kim əlindən namus, qeyrət ar!?
Kimə lazım ar, bilinmir ki, kimdir günahkar!
Bəs kim bu yalançı nadan, Əbləh, iblis şeytan?!

Bütün bəşər günahkar, təqsirkar olanlara!
Yox olmuş saf niyyət, bu cəmiyyət üzü-qara!
Yaratmış axmaq kütlə şərait, zalımlara!
Fürsət vermiş bəşəriyyət zülümkar şahlara!
Gəl-gör, necə sarılmış boyuna Şahmar ilan!

Sıxılmış dar bir küncdə atılmış lal düşüncə!
Ağlayır ağıl, pis hal-əhvalı düşününcə!
Rauf, Rəhm eylə bəşərə, məsələ çox incə!
Kim müqəssir, yorur insanı fikirləşincə!
Başda olur ilk üsyan, düşünürmü kim insan!?
    ...Müəllif:Rauf Cavad