Danışaq (Çoban Əfqan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Danışaq (Çoban Əfqan)
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Ağasının yolun gözləyən qardaş,
İtlər yemək üçün yaldan danışaq.
Götür çörək bişir itin unundan,
Sonra getdiyimiz yoldan danışaq.

Onun nə vecinə biz qalmışıq ac,
Nökər ağasına olacaq möhtac.
Tavamız paxırdır, deşilibdi sac,
Ağamızda olan puldan danışaq.

Bacarmırıq kəsib yeyək bir qoyun,
Ağa başımıza gətirər oyun.
Çoban Əfqan nə vaxt olacaq toyun,
Səntək ölüm gəzən quldan danışaq.