Dan ulduzu (Əhməd Cavad)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dan ulduzu (Əhməd Cavad) (1914) Müəllif: Əhməd Cavad |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bu qaranlıq gecə nə qədər sürdü?
Yetiş imdadıma, ey dan ulduzu!
Barı sən gəl, mənə yuxu gəlmədi,
Yetiş fəryadıma, ey dan ulduzu!
Qudurğan qasırğa, çarpaşıq yollar,
Yolumda zülmət var, uçurumlar var,
Yetiş ki, ömrümün karvanı ağlar,
Aman, gəl dadıma, ey dan ulduzu!
Bu sönük ulduzlar məni aldadır,
Süzgün gözlərinlə gəl onu andır,
Gözlərim yolunda, üzüm haqdadır
Aman, sən yox demə, ey dan ulduzu!