Dan ulduzu (rəvayət)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dan ulduzu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Dan ulduzu bir oğlandı. Sevgilisi bulağa gəlir. Bu da onu görməy üçün hər gün tezdən çıxır ki, səhər-səhər sevgilisini görsün. Deyillər ki, qızı körpə vaxtı kimsə göydən atıb. Bu da onu indi yerdə axtarır.

Dan ulduzuna Mütrüf ulduz da deyillər. O tez çıxır ki, camahatın nə yeyib-içdiyin görsün. Gec yatır ki, yığışanda nə etdiklərinə baxsın. Ona görə də deyillər Mütrüf ulduz.

Mənbə[redaktə]