Məzmuna keç

Dayanmaz (Nəbi Miskin)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
%75 tamamlandı
Dayanmaz
Müəllif: Nəbi Miskin
Mənbə: Müşfiq Borçalı, BORÇALI ŞAİR NƏBİ (1873-1945)

Səhərin günəşi tərlan havalı,
Elə pərvaz eylər qaş da dayanmaz.
Yandırdın cismimi, döndərdin közə,
Pünhanı ağlaram, yaş da dayanmaz.

Gözün bir cəllatdı, yoxdu amanı,
Ləbin neylər, ay qız, əxrət-imanı?!
Ağ sinəndə bəsləyirsən məməni,
Ona qul olmağa döş də dayanmaz.

O qəddi-qamətin güldən əladı,
Kirpiyin müjganı başa bəladı.
Nəbim deyər, ərzi-halım belədi,
Od salıb dağlara, daş da dayanmaz.