Dağlar (Ağdabanlı Qurban)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağlar
Müəllif: Ağdabanlı Qurban
Mənbə: Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11) (az). "Ozan dünyası" jurnalı (2012). Orijinal mənbədən 2017-05-18 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-05-18.

Qışda, yazda, yayda sənin
Əskik olmaz qarın, dağlar.
Al yaşıla bəzənirsən,
Gələndə baharın, dağlar.

Desəm dərdim, kim inansın,
Məni sənə Məcnun sansın.
Baisləri oda yansın,
Deyim: sən huşyar ol, dağlar.

Viran könlüm olur abad,
Yazıq canım qəmdən azad.
Səlvi ilə Qurbanı şad
Eylə, murğuzar ol, dağlar.