De görüm
Görünüş
De görüm Müəllif: Xaltanlı Tağı |
Könül quşum nə tutqunluq edirsən,
Kimə vəfa qılmış fani, de görüm?
Dünyada çox şahlar, sultanlar olub,
Onlardan bircəsi hanı, de görüm?
Lövünbə-lövündür bəzənən cahan,
Kimi qoca gedir, kimisi cavan,
Yıxığı durğuzub, acı doyuran,
Bir əl tutan müsəlmanı, de görüm?
A Xaltanlı Tağı, nöş oldun ası,
Çağır köməyinə Xıdır İlyası,
Bir vədə gələndə canın yiyəsi,
Harda gizlədərsən canı, de görüm?