Məzmuna keç

De gəlsin (Qönçəbəyim)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
De gəlsin (Qönçəbəyim)
Müəllif: Qönçəbəyim
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.

Hicran sənətkarı, qəm xiridarı,
Qəddar olan, biilqara de gəlsin.
Yenə təzələnsin didaı* didarı,
Ciyər oldu həzar parə, de gəlsin.

Ərzi-halım yazdırmışam ərzədə,
Qara bağrım yar zədədir, yar, zədə,
Bir müddət də qaldıq Imammirzədə,
Eylədi dərdimə çarə, de gəlsin.

Aşiq olan məşuqəyə mirasdı,
Eşq oduna nahaq yanmaq əbəsdi,
Bizim məskənimiz Tünü Təbəsdi,
Qərib düşdüm bu diyara, de gəlsin.

Aşiq bilər məşuqunun halını,
Qismət olsa, ələ alaq əlini,
Gözləməkdən bimürvətin yolunu,
Gözümdə qalmadı qarə, de gəlsin.

Bizə sək rəqiblər deyirlər asi,
Mövlaya bağladıq yəni ixlası,
Mən Bəyiməm ibrahimin butası,
Gizli deyil, var aşkara, de gəlsin.