Məzmuna keç

Dedi: -Mənəm tək, Dəli-divanə, Leyla surəti

Vikimənbə saytından
Dedi: -Mənəm tək, Dəli-divanə, Leyla surəti (1996)
Müəllif: RAUF CAVAD

Dedi: -Ey qəlbi şikəstə, dili lal eyləmisən?
Dedim: -Səni görəndə, fikri hilal eyləmisən!

Dedi: -Danış sərvi-Xuramanə, gözəl söhbəti,
Dedim: -Əcaba görə bilər!? Cəlal eyləmisən!?

Dedi: -Şövqündə tut məni, möhkəm yapışıb istə,
Dedim: -Məgər böylə sadə!? Gül-camal eyləmisən!?

Dedi: -Xəyalə, gözü güman eyləmisən dərdə,
Dedim: -Mən biçarə! Sən nəfsi xəyal eyləmisən!

Dedi: -Zülfümə eylə tamaşə, ol gic-pərişan,
Dedim: -Sən ki, cümlə aləmə röyal eyləmisən!

Dedi: -Mənəm tək, Dəli-divanə, Leyla surəti,
Dedim: -Kaş olam fəna! Eşqi tural eyləmisən!

Dedi: -Öylə bir Nuram ki, aləmə qərq olmuşam,
Dedim: -Ey Uca Amal! Nəfsi ramal eyləmisən!?

Dedi: -Əhli-əyalimə söz-xəndan eyləmişəm,
Dedim: -Zikri könlümə hüsnü kamal eyləmisən!

Dedi: -Fərhad oldu naz-söhbətimə məsti-xumar,
Dedim: -Dili Şirin, Şirinə sual eyləmisən!?

Dedi: -Sevgidə Raufam, Qəzəbdə nicat-cəza!
Dedim: -Mükafatı sədəqə gəl-al eyləmisən!?