Məzmuna keç

Dedi: Gözəllər içində vəsf eylə məni, şair

Vikimənbə saytından
Dedi: Gözəllər içində vəsf eylə məni, şair! (1994)
Müəllif: RAUF CAVAD

 Söz yarandı, surəti, ən Gözəli vəsf etməyə!
Sözlə xəlq oldu söz, başladı sirri kəşf getməyə!

Gözəli, gözlə görməyə acizdi cəmi xilqət,
Sevməyə gərəkdi min mərifət, tərif deməyə!

Dedi: Gözəllər içində vəsf eylə məni, şair!
İşarə ilə göstər şəhadəti hərf bilməyə!

Vəsf rəngi, surəti itdi, Sübhanı göstərməyə!
Et Məni zikr, nida gəldi! Zənnləri dəf görməyə!

Sual oldu cəsarət, etdi sual, O, kimdi ki,
Eylədi eşqi tam rüsvay, qanını vəqf sürməyə?!

Sual qaldı nida! Ağladı qıldı ahi-fəğan!
Susdu suallar, qalxdı nidalar! Of-uf nohəyə!

Nida, suallardan həyəcanlandı, qıldı səcdə!
Gəldi dinə-imana, vicdana şərəf verməyə!

Dilə düşdü fəna şəxsey! Dizə vuruldu vaxsey!
Yox oldu üzlərdən gülüşlər! Ruhu, saf sevməyə!

Sonda oyanmadımı, yenə yatmış-ölmüş vicdan?!
Kimsəsiz günahkar, kimdən iman-insaf istəyə!?

Qaldı köhnə bazar, vay, köhnə üslubda, ey Rauf!
Müqəssir çoxalıb! Güc gərək, toza püf eyləyə!
...Müəllif:Rauf Cavad