Dedim-dedi
Görünüş
Dedim-dedi Müəllif: Aşıq Ömər |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Dedim: Dilbər, yanaqların qızarmış,
Dedi: çiçək taxdım, gül yarasıdır.
Dedim: danə-danə olmuş bənlərin,[1]
Dedi: zülfüm dəydi, tel yarasıdır.
Dedim: Dilbər, sənə yazıldı qanım,
Dedi: neçin dersən, mənim sultanım?
Dedim: kimlər sarmış incə miyanın?
Dedi: kəndim sardım, qol yarasıdır.
Dedim: bu Ömərin ağlını aldın,
Dedi: sevdiyinə peşmanmı oldun?
Dedim: Dilbər, neçin saralıb soldun?
Dedi: həp çəkdiyim dil yarasıdır.
İstinadlar
[redaktə]- ↑ bənlərin - xalların