Deginən (Şirəkli Həsən)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Deginən Müəllif: Şirəkli Həsən |
Mənbə: Tacir Səmimi, "Ağbaba aşıq mühiti", Bakı: "Elm və təhsil", 2014. |
Xoca Tağı əylən, əylən, sözüm var,
Salamımı Ağbabaya deginən.
Nə müddətdi qohum-qardaş iraqdı.
Mənim dərdim el-obaya deginən.
Gedən olsan Qaraçanta köyümdü,
Yadda saxla şirəklilər soyumdu.
Söz söyləmək harayımdı, hoyumdu,
Ərzi-halım xoş yuvaya deginən.