Demə gəlləm sənə baş çəkməyə, gəlmirsən axı

Vikimənbə saytından
Demə gəlləm sənə baş çəkməyə, gəlmirsən axı
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 83

Demə gəlləm sənə baş çəkməyə, gəlmirsən axı,
Demə dərdimdən ölürsən mənim, ölmürsən axı.

Az cəfa et mənə, zalım qızı zalım, yola gəl,
Sən məhəbbət nədi, sevda nədi bilmirsən axı.

Son səfərdir ölüm, öldünsə dirilmirsən axı,
Sənə qiymət verənin qədrini bilmirsən axı.

Mən dedim, bəlkə, gələr rəhmə cəfakar ürəyin,
Yaş tökən gözlərimin yaşını silmirsən axı.

Bir ömürdür elə dünya düzəlirkən düzəlir,
Sən də dünya kimisən, məncə, düzəlmirsən axı.

Hər nəfəs atdığın addım bir ömür sərvətidir,
Son səfərdir ölüm, öldünsə dirilmirsən axı.

Sənə ruhunda açan gül dedi ən qiymətli,
Sənsə şair Vüqarın qədrini bilmirsən axı.