Məzmuna keç

Demədimmi (Pir Sultan Abdal)

Vikimənbə saytından
Demədimmi
Müəllif: Pir Sultan Abdal
Mənbə: [1]

Gözəl aşıq, cövrümüzü,
Çəkəmməzsən, demədimmi?
Bu bir riza loxmasıdır,
Yeyəmməzsən, demədimmi?

Yeməyənlər qalır naçar,
Gözlərindən qanlar saçar,
Bu bir dəmdir, gəlib keçər,
Duyammazsan, demədimmi?

Bu dərvişlik bir diləkdir,
Bilənə böyük örnəkdir,
Qolsuz, yaxasız köynəkdir,
Geyəmməzsən, demədimmi?

Aşıqlar xarabat olur,
Haqq yanında qiymət olur,
Sevgi canda nemət olur,
Duyammazsan, demədimmi?

Pir Sultan Abdal şahımız,
Haqqa uzanır rahımız,
On iki imam qatarımız,
Uyammazsan, demədimmi?