Demədimmi (Qaracaoğlan)

Vikimənbə saytından
Demədimmi (XVII əsr)
Müəllif: Qaracaoğlan

Ala gözlü nazlı dilbər,
Vaxtın keçər demədimmi?
Qaşın cəllad, gözün yağı
Qanım içər demədimmi?

Bax, bu qaşa, bu bu gözə
Yandı bağrım döndü közə
Yaxasız köynəklər bizə,
Fələk biçər demədimmi?

Qaracaoğlan, gəz mərdilən,
İşim yoxdur namərdilən.
Fələk bizi bu dərdilən
Qoyub qaçar demədimmi?