Demək olmaz (Miskin Həsən)
Görünüş
Demək olmaz Müəllif: Miskin Həsən |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Qəza hərdən kəməndini atanda,
Kəməndə düşənə qaç demək olmaz.
Gördün ki, dost sirri səndən pünhandı,
Üz vurub o sirri aç demək olmaz.
Xəstəni görəndə demə bihaldır,
Demə ölüb-dirilməyi mahaldır,
"Yatan ölməz, yetən ölər" misaldır,
Vaxtı çatmayana köç demək olmaz.
Miskin Həsən günlər keçib-gəlməklə,
Beşi ağlamaqla, beşi gülməklə,
Beşi dirilməklə, beşi ölməklə,
Dünyanın sonuna puç demək olmaz.