Məzmuna keç

Demiş hər qönçəyə aşiqligim razın səba derlər

Vikimənbə saytından
Demiş hər qönçəyə aşiqligim razın səba derlər
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.112.

Demiş hər qönçəyə aşiqligim razın səba derlər,
El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.

Əsiri-dərdi-eşqü məsti-cami-hüsn çox əmma
Bizüz məşhur olan, Leyli sənə, Məcnun mana derlər.

Sənin mehrü vəfa göstərdigin əğyarə çox gördüm,
Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər.

Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər,
Zəhi imanı yoxlar küff söylərlər, xəta derlər.

Mənə derlərdi əvvəl: bir mələkdir sevdigin, hala
Görənlər, mən fəqirə göydən enmiş bir bəla, derlər.

Mərizi-eşq iqdi-zülfün eylər arizu, zira
Müaliclər bu mühlik dərdə müşkildir dəva derlər.

Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə,
Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər.