Demirəm ki, ay camaat siz namaz qılmayın
Demirəm ki, ay camaat siz namaz qılmayın! (1995) Müəllif: RAUF CAVAD |
Demirəm ki, ay camaat siz namaz qılmayın!
Deyirəm ki, gəlin söhbəti düzgün anlayın!
Yaradan çağırır köməyə, haqqı qananı!
Deyir, edin düzgün əməl, gətirin imanı!
Kömək edin hamıya, yad edin Yaradanı!
Tanrının sizdən budur istəyi, tək gümanı!
Öz istəyinizi tərbiyə edib, danlayın!
Demirəm ki, ay camaat siz namaz qılmayın!
Gəlmişdin bu dünyaya tək-tənha, ayaq-yalın?!
Hardan oldu bu mal-mülk sənin, a yekə qarın?!
Tapdalayırsan yetim-yesirin-qulun haqqın!
Qəsb edirsən Allahın bəndəsinin mülk-malın!
Məgər quran demir ki, haqqı tapdalamayın?!
Demirəm ki, ay camaat siz namaz qılmayın!
Bilirsiz, nə qədər elçi gəlib, bizə görə?!
Mehriban olun deməyə gəlib, sizə görə!
Kaş bilsəz, nə çox sevir sizi, Yaradan bizi!
Göndərib elçi bizi, xəbərdar edək sizi!
Nə badə kimsənin haqqın, sona saxlamayın!
Demirəm ki, ay camaat siz namaz qılmayın!
Gərək cəmi-cümlə can, gətirə Həqqə iman!
Ola çox mehriban, hamının haqqın tanıyan!
Təcəlla edib Həqq təala, insan ruhunda!
Gəl incitmə bu ruhu, insan, iman, ruhunda!
Varsa boynunda kimsəzin haqqı, sorağlayın!
Demirəm ki, ay camaat siz namaz qılmayın!
Ayə, oxu, gör vicdanı ki, yazır quran da!
Paylaşın sevinc-kədəri, deyir Yaradan da!
Bağışlar tək öz haqqın Allah, Rauf adıyla!
Deyir ki, gəlməyin hüzuruma, qul haqqıyla!
Hər kəsin haqqın, mütləq özünə bağışlayın!
Demirəm ki, ay camaat siz namaz qılmayın!
...Müəllif:Rauf Cavad