Denir
Görünüş
| Denir Müəllif: Çıldırlı Aşıq İrfani |
| Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016 |
Aşikar cismim yaşı misal-ı Ceyhun,
Haldan bilən yara arifan denir.
Bir saçı leylaya olmuşam məftun,
Sevda çəkməyənə fakılan denir.
Ağladır yarını, kəndisi gülməz,
Gəlməmiş başına sevdayı bilməz,
Rəhmi yox, aşığa ihmaya gəlməz,
Böylə bivəfaya mihriban denir,
Ağlın olsa İrfaniyə gülməzsən,
Aşınalıq nədir onu bilməzsən,
Mərhəmətsiz, sən imana gəlməzsin,
Buna Türkman denməz, "tərk-imran" denir.