Məzmuna keç

Deyə-deyə (Ağ Aşıq)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Deyə-deyə
Müəllif: Ağ Aşıq

 Sazım sinəmdə qan ağlar,
Yunis Əmrə deyə-deyə.
Sinəmi çal-çarpaz dağlar,
Yunis Əmrə deyə-deyə.

Qara boyandı el-oba,
Çən, çiskin büründü hava.
Qəm kökləndi sazda hava,
Yunis Əmrə deyə-deyə.

Ağ Aşıq, kütah et sözü,
Dönük deyil Tanrı üzü.
Görmək üçün dərviş üzü,
Gəz, sən Əmrə deyə-deyə.

İstinadlar

[redaktə]