Məzmuna keç

Deyəllər (Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Deyərlər (XIX əsr)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Səxavətdə Hatəm, cəngidə Rüstəm,
Ədalətdə Nuşirəvanı deyəllər.
Dəryadan bac alan səddi-İsgəndər,
Hər hikmətdə Süleymanı deyəllər.

Gecə-gündüz qaldım dadü fəryadda,
Ya Ağam, sən məni qoymaynan odda.
Səxavətdə, sücaətdə, qeyrətdə,
Şiri-Yazdan Mürtəzanı deyəllər.

Mürtəza dəstindən badə yetişər,
Onu içən hər murada yetişər.
Yoməl-Ərəstidə dada yetişər,
Məhəmməd Əl-Mustafanı deyəllər.

Leyli-nahar çağırdığım ərənlər,
Əşqin badəsini dolu verənlər.
Qohum-qardaş dost müsayib bilənlər,
Bir gün Məmmədhüseyn hanı deyəllər.