Deyər
Görünüş
Deyər Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Namərd ilə işim yoxdu, mən həcətakram deyər.
Nə yükü yox, nə mətaı, şahü-xodkaram deyər.
Kamallıya nə lazımdı gizli sirri car edə.
Hər yetənə bildiribən, açıq-aşkarım deyər.
Öz zatımdan xəbərdaram, abu-atəş, badu-xak.
Qəlbim təsdiq, dilim idrak, inanmışam sidqi pak,
Bir sevdaya giriftaram, başımda var yüz kələk.
Hələ mən ustad xakpayam, o ustadkaram deyər.
Mənəm eşqin kamandarı, oxu, yayı neylərəm?
Güvənmərəm bu dünyaya, sultan, bayı neylərəm.
Kamalım ki var qumaşdı, don, darayı neylərəm.
Məhəmmədəm, bu arada bir müsafirəm deyər.