Deyil!
Görünüş
Deyil! (27.11.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Beli sınmış yağının! Yoxsa yalandırmı? – Deyil!
Neçə min il bu Zəfər, söylə, solandırmı? – Deyil!
Elə sovduq suyunu, damcıya həsrətdi yağı!
Düşmənin gölməçəsi, arxı dolandırmı? - Deyil!
Elə dəydi bu dəmir yumruğumuz boş başına,
Ağıl adlı orada nəsnə qalandırmı? – Deyil!
Çəkdi Bayraktarımız çünki zəhər dişlərini!
Bu ilan kimlərisə bir də çalandırmı? – Deyil!
Bu qədər zərbə yeyib, dərsini əzbərləməyib;
Pis əməldən daşınıb peşman olandırmı? – Deyil!
Dalğalansın ana göylərdə zəfər bayrağımız!
Düşmənin cındası bir də ucalandırmı? – Deyil!
ÖNDƏRİM it kimi qovdu ana yurddan yağını!
Daha innən belə Teymur qocalandırmı? – Deyil!