Abbas:
Çox da cələllanıb çıxma qarşıma,
Mən ümmanam, sənin eşqin çay deyil.
Hiddətlənmə, tez gətirrəm imlaya,
Hər mətahın cəvahirə tay deyil.
Şenlik:
Hiddət ilə imtahana gəlibsən,
Məğrurlanma, təkəbbürlük ey deyil.
Hər şikardan mənim deyin bac umma,
Bu qismətlər sən yediyin pay deyil.
Abbas:
Gənə meydanımda hasım görünü,
Sidqiylə çağırram eşqin pirrini,
Həp bilirəm ərşin, gürşün sirrini,
Xəyalım pərişan, zehnim zay deyil.
Şenlik:
Ərşi mah üzündə qurubsan binə,
Qorxaram yelkənin zəminə enə,
Gəc baxıb qəmərə, tən etmə günə,
Hökmün kəvkəb, səltənitin ay değil.
Abbas:
Hardan urcah oldum qəlbi qaraya,
Naşı hoyrat, nə düşübsən araya,
Eylə bir eyvallah, qayıt geriyə,
Aşıq Abbas hər aşığa tay deyil.
Şenlik:
Xor baxma ġenlikə, tən etmə öylə,
Şad gəlibsən, məhzun göndərrəm yola.
Sinəm bürci-mehrab, bədənim qala,
Cavabın ox, fəhmin qatı yay değil.