Məzmuna keç

Deyirlər, bir ağıllı olub guya dahi

Vikimənbə saytından
Deyirlər, bir ağıllı olub guya dahi (1994)
Müəllif: RAUF CAVAD

Deyirlər, bir ağıllı olub guya dahi,
Əvvəli olub dəli olub sonra dahi.

Görüb sirri qalmışdı həyacandan kaş-baş,
Görən sanırdı onu insanlığda dahi.

Nə zaman idi o istəyirdi kəşf edə
O sirri ki, çata öz muradına dahi.

Nəhayət gördü möcüzəni buldu özün,
Qıldı gizli sirri aşikar sonda dahi.

Məgər necə sadə imiş bir az düşünmək,
Bütün pak yaradılış başdan-başa dahi!

Gərək insan olan duya ağrı-acını,
Göstərə nəvaziş hər yaralıya, dahi.

Qəlblərin çoxu sınıq, çəkir əziyyəti,
Yoxmu kimsə çəkə məlhəm ağrıya, dahi?

Nə qəribdi insan oğlu düşüb qəflətə,
Bəs kim bu qafilləri kim oyada dahi?

Olub heyvan tək qul-əsir hər istəyinə,
Kəsilib kim asi öz vicdanına, dahi?

Necə ağır acıdı insafsız yaşamaq,
Varmı cavab verən bu suallara, dahi?

Nə gözəldir paylaşmaq sevinclə kədəri,
Kaş bu gözəlliyi bir duyan olsa, dahi!

Gələr Rauf, o bir gün, günəş nurun saçar,
Hayqıraraq həqqi dedi dünyaya, dahi.
        ...Müəllif:Rauf Cavad