Məzmuna keç

Di dur burda görüm!

Vikimənbə saytından
Di dur burda görüm! (08.03.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
ŞİRlə cəngə tülkü girsə,

Zərbəsinnən tük tökər!


Bə gopun yer-göyə sığmırdı – di dur burda görüm!

Belini yaxşı ŞİRim qırdı – di dur burda görüm!


Pas atan tanklarını Bakuya sürdünmü, gədə?

Pişiyin yoxsa cüt asqırdı? – di dur burda görüm!


“Mec hayastan!” deyə cır səslə çığırdın – ŞİRimiz:

“Gədə, kəs!” üstünə çımxırdı – di dur burda görüm!


İt kimi quyruğunu qısdı qaçıb hay dığası,

ASLANım onda ki hayqırdı – di dur burda görüm!


Njdenin ruhu cəhənnəmdə qusar kin irini,

Köçəroğlu yaxasın cırdı – di dur burda görüm!


Xocalı cəlladının qurduğu “ordu” buyumuş?

Onu ŞİR çöp kimi sındırdı – di dur burda görüm!


Vurnuxur yanğına düşmüş kimi düşmən, hələ bax:

ŞİR onu şeytana tapşırdı – di dur burda görüm!