Didarə məni
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni (1903) Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.332 |
Tərlandı baxışın, gözün can alan,
De çək caynağına, di darə məni.
Hərdən şölələnir o gül camalın,
Tel deyir şanəyə: di darə məni.
Zülflərintək olmaz əqrəb, nə də mar,
Çalmaq üçün yoxlayırsan nə damar?
Qaşqabaqdan qəhr-zəhri, nə damar?
Öldür, qoyma həsrət didarə məni.
Yar, gərdənin ər-ər kimi minalə,
Bülbülə gül neylər olsa min nalə,
Bir canım var, qəmzən istər minalə,
Qurbanam, çəkdirmə di darə, məni.