Məzmuna keç

Didilǝr bu ǝcǝb insan mudur ki

Vikimənbə saytından
Didilǝr bu ǝcǝb insan mudur ki
Müəllif: İzzəddin Həsənoğlu
Mənbə: İzzeddin Hasanoğlu. "Kitab-ı Siretü’n Nebi". (Hazırlayan: Seyfettin Altaylı). 2023. (Türkçe) ISBN: 9786258248227


Didilǝr bu ǝcǝb insan mudur ki,
Ya adǝm ṣurǝtindǝ can mudur ki

Mǝlaik dǝxi bu hüsnilǝ olmaz
Əcǝb bu can canan mudur ki

Bu dünya xalqına hic bǝñzǝmǝz bu
Bizǝ Haqdan ǝcǝb mihman mudur ki

Yüzinǝ baqmağa gözlǝr doyulmaz
Əcǝb bu bir ulu sultan mudur ki

Qoxusı can dimağın tazǝ qıldı
Ṣacı müşki bigi ya reyhan mudur ki

Ay alnı nuri rövşǝndür günǝşdir
Əcǝb yüzi mah-i taban mudur ki

Gözinǝ baqıcaq canlar üzilür
Əcǝb cadu mudur fǝttan mudur ki

Ṣacı ẓülmǝt yañağı nura bǝñzǝr
Dodağı çeşmǝi heyvan mudur ki