Məzmuna keç

Dilək

Vikimənbə saytından
Dilək
Müəllif: Qayğısız Abdal
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Mevlam! Budur diləyim səndən yalvarmaq ilə,
Canü könüldəndürür, laf degildir lağ ilə.
Əwəla yüz min somun, həm yüz əlli min pidə,
Həm yüz altmış min çörək bunca qətmər yağ ilə.
Ancaq yetər min donuz, min də əniyi ola,
Əlli min su sığın altmış min malağ ilə.
Min öküz, on min inək, xərdəlli yəxni ola,
Paçasını edələr sirkə sanmsağ ilə.
Min qoyunun yəxnisi, min dexi çəpiş keçi,
Əlli min büryan quzu, altmış min oğlağ ilə.
Tavuq, öıdək bihesab, ənciləyin qaz dəxi,
Kimisi bütün kabab, kim qovmlmuş yağ ilə.
Bildirçinlə göyərçin tabağ-tabağ yüriisün,
Turac ilə kəkliyi daşıyalar ağ ile.
ƏIli min qazan pilov, ol qədər də zərdələr,
Yağh keşkək min qazan çevrilmiş çomağ ilə.
Nazik-nazik şorbalar, nazik kiftə qıymalar
Qırx min qazan paluzə min şahi yamağ ilə.
Əlli min sini böyrək, ol qədər də paxlava
Bəmya, zülbə bihesab, yürüyə tabağ ilə.
Qazilər halvasım gətirələr min sini,
Min bunca halva çini, yeyəlim barmağ ilə.
Əlli min batman kiraz.qırx min batman zərdəli,
Min burtca alma, armud, illa üzüm bağ ilə.